Kamçatkada bağırsaq infeksiyası əlamətləri ilə xəstəxanaya yerləşdirilən məktəblilərin sayı 35-ə çatıb. Onların vəziyyəti stabildir.
Tezadlar.az xəbər verir ki, bu barədə regional hökumət məlumat yayıb.
“Hazırda 35 xəstə xəstəxanaya yerləşdirilib, eyni zamanda xəstəxanaya yerləşdirilən xəstələrin sayında azalma tendensiyası müşahidə olunur. Əgər oktyabrın 12-də bizə 15 nəfər daxil olmuşdusa, dünən artıq 11 nəfər olub, bu gün isə cəmi 2 nəfər xəstəxanaya yerləşdirilib. Ambulator müraciətlərin azalması tendensiyası da qeyd olunur. Bütün xəstələrin vəziyyəti stabildir. Xəstəxanaya yerləşdirmələrin daha da azalacağını gözləyirik. Xəstəxana öhdəsindən gəlir”, - məlumatda Elizovski Rayon Xəstəxanasının baş həkimi Kirill Serenkonun sözlərindən sitat gətirilib.
Bundan əvvəl xəstəxanada müalicə alan 20-yə yaxın məktəblinin olduğu bildirilirdi.
İlkin məlumatlara görə, Kamçatkanın Yelizovo şəhərindəki 1 nömrəli məktəbdə yeməkdən sonra uşaqların səhhəti kəskin şəkildə pisləşib. “Rospotrebnadzor”un ilk tapıntıları zəhərlənmənin mənbəyinin 1 nömrəli məktəbin təchizatçılarından birinin məhsullarında aşkar edilən salmonella olduğunu göstərir. Məktəblilərin təhlükəsizlik tələblərinə cavab verməyən qida məhsulları ilə təmin edilməsi üzrə xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi başlanıb.
E.ŞİRİNOV