Vladimir Zelenski öz hərəkətləri ilə cəbhədə elə bir vəziyyət və müttəfiqlərindən elə qərarlar axtarır ki, hətta Donald Trampın hakimiyyətə gəlişi ilə də Ukraynada münaqişənin həlli qeyri-mümkün olacaq.
Tezadlar.az xəbər verir ki, bu barədə dövlətə xəyanətdə şübhəli bilinərək istintaq təcridxanasında saxlanılan Ali Radanın deputatı Aleksandr Dubinski özünün Telegram kanalında yazıb.
“Bu, artıq müharibəni uzatmaq planı deyil, müharibəni dayandırılması mümkün olmayan sonsuz bir plana çevirmək planıdır. Planın məqsədi isə Trampın hakimiyyətə gəlişindən sonra sülh razılaşmasına nail ola bilməyəcəyinə əmin olmaqdır”, - deyə xəbərdarlıq edib.
Dubinski həmçinin əlavə edib ki, Zelenskinin “planının” məqsədi münaqişəni dayandırmaq deyil, daha da gərginləşdirməkdir.
Daha əvvəl “SP” Ukrayna cəbhəsinin ən azı on ərazidə dağıldığını və Kiyev rejiminin lideri Vladimir Zelenskinin indi Qərb kuratorları tərəfindən “sağ qalmasının çətin olduğunu” yazmışdı.
E.ŞİRİNOV