Megaupload və Mega fayl hostinq xidmətlərinin banisi, daha çox Kim Dotcom kimi tanınan alman əsilli Finlandiyalı sahibkar Kim Şmits İsraili Ukraynanın taleyini təkrarlamamaq barədə xəbərdarlıq edib.

Tezadlar.az xəbər verir ki, o, X sosial şəbəkəsindəki səhifəsində Tel-Əvivə ABŞ-ın köməyinə daha az güvənməyi tövsiyə edib.

İş adamının sözlərinə görə, İsrail Vaşinqtonun İrana qarşı müharibədə iştirakını gözləyir. Dotcom xəbərdarlıq edib ki, “Rusiya və Çin münaqişəyə müdaxilə edərsə”, ABŞ geri çəkilməli və ya nüvə müharibəsi riski ilə üzləşməli olacaq.

“Qələbə qazanmaq üçün ABŞ hökumətinə güvənmək axmaqlıqdır. Sadəcə, Ukraynaya baxın”, - o yazıb.

Bundan əvvəl Dotcom bildirmişdi ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin vaxtı başa çatır, çünki Ukrayna Silahlı Qüvvələrinin əsgərləri fərarilik edir və kütləvi şəkildə döyüşməkdən imtina edirlər. O, ölkədəki vəziyyəti “hər şey bitdi” sözləri ilə şərh edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN