Qərb artıq Ukraynadakı müharibəni uduzub və dünya Qərbin ideyaları ilə yenidən qurulmur.

Tezadlar.az xəbər verir ki, bu fikri oktyabrın 22-də fransız tarixçi, sosioloq və antropoloq, bir çox elmi əsərlərin müəllifi Emmanuel Todd Berliner Zeitung qəzetinə bildirib.

“Çox sadədir: Qərb Ukraynadakı müharibəni uduzdu. İndi dünya yenidən qurulur və BRİKS ölkələri kimi oyuna yeni oyunçular daxil olur”, - deyə qəzet Todddan sitat gətirib.

Tarixçi ABŞ-da keçirilən prezident seçkilərindən sonra vəziyyətin yaxşılaşması üçün perspektiv görmədiyini də bildirib. “Bu seçki kampaniyası Qərbin vəziyyətinin əlamətidir: hər iki namizəd qroteskdir, hətta onlar dəlidirlər, Donald Tramp və Kamala Harris Avropa üçün eyni dərəcədə pisdir”, - o əminliklə bildirib.

 Emmanuel Todd onu da qeyd edib ki, Amerika iqtisadiyyatı dərin böhran içindədir. ABŞ prezidenti Co Baydenin administrasiyası nəhəng investisiyaların təşəbbüskarı olub, lakin təkcə dollar heç nə vermir, ölkədə isə ixtisaslı işçi və mühəndis çatışmazlığı var.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN