Oktyabrın 19-da İsrailin baş naziri Binyamin Netanyahunun iqamətgahına şiə Hizbullah təşkilatı tərəfindən buraxılan pilotsuz təyyarə onun evindəki yataq otağının pəncərəsini zədələyib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Kan” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, İsrailin baş nazirinin iqamətgahının pəncərələri zirehli olduğundan dəyən ziyan cüzi olub. Qeyd olunur ki, pilotsuz təyyarə gələn gün Netanyahu və həyat yoldaşı Sara iqamətgahda olmayıblar.

Kanal həmçinin əlavə edib ki, oktyabrın 19-da buraxılan hər üç dron Netanyahunun Hayfa ilə Təl-Əviv arasında yerləşən sahilyanı Qeysəriyyə şəhərindəki evinə yönəlib. İsrail Müdafiə Qüvvələri daha iki pilotsuz təyyarənin ələ keçirildiyini vurğulayıb.

Bundan əvvəl “The Jerusalem Post” qəzeti Livanın pilotsuz təyyarəsinin İsrailin baş naziri Binyamin Netanyahunun iqamətgahına endirdiyi zərbə ilə əlaqədar İsrailin cavab tədbirləri görəcəyini yazıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN