Ermənistan Milli Assambleyası Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında müddəanı ratifikasiya edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” parlamentin spikeri Alen Simonyana istinadən məlumat yayıb.

“67 deputat müddəanın ratifikasiyasına səs verib”, - Simonyan bildirib.

Səsvermədə yalnız hakim “Mülki Müqavilə” partiyasının deputatları iştirak edib, müxalifətin “Mənim namusum var” və “Ermənistan” fraksiyaları səsverməni boykot edib.

Xatırladaq ki, sentyabrın 10-da İrəvan və Bakının dövlətlər arasında sülh sazişinə 13 maddə və ön sözlə razılaşdığı məlum olub. Ermənistanın baş naziri Nikol Paşinyan əlavə edib ki, sənədin razılaşdırılmış hissəsində “Ermənistan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulması haqqında” müddəa nəzərdə tutulub.

O, həmçinin bildirib ki, Azərbaycan ilə nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsi ilə yalnız Ermənistan tərəfi məşğul olmalıdır. Siyasətçi vurğulayıb ki, Cənubi Qafqazda sülh nəinki mümkün, həm də realdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN