Son 24 saat ərzində İsrail Müdafiə Qüvvələrinin (İMQ) əsgərləri Livanın cənubunda şiə “Hizbullah” hərəkatının 20-yə yaxın döyüşçüsünü və Qəzza zolağında bir neçə onlarla Həmas yaraqlısını öldürüb.

Tezadlar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.

“Son 24 saat ərzində hərbi qulluqçular 20-yə yaxın terrorçunu məhv edib”, - deyə məlumatda bildirilir.

"İMQ qoşunları Livanın cənubunda "Hizbullah" terror təşkilatına qarşı məhdud, yerli, hədəfli quru əməliyyatlarını davam etdirir. İsrail Hərbi Hava Qüvvələri “Hizbullah” terrorçularının 160-dan çox hədəfinə, o cümlədən buraxılış məntəqələri və terror infrastrukturuna zərbələr endirib", - bəyanatda qeyd olunub.

“Eyni zamanda, Qəzza zolağında 162-ci diviziyanın hərbi qulluqçuları Cəbəliyə bölgəsində əməliyyat fəaliyyətini davam etdirir, onlarla terrorçunu məhv edir və terrorçuların infrastrukturunu məhv edir”, - ordunun mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, sentyabrın 23-də İsrail “Hizbullah” birləşmələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı Livan ərazisində şiə təşkilatının hərbi hədəflərinə irimiqyaslı hava zərbələri endirib. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubunun sərhəd bölgələrində quru əməliyyatına başladığını elan edib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN