Ukraynanın NATO-ya daxil olması yalnız ölkədə münaqişə bitdikdən sonra, NATO-nun müharibəyə cəlb edilməməsi üçün mümkündür.
Tezadlar.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə naziri Benjamin Həddad bildirib.
“Onun daxil olması yalnız müharibədən sonra baş verəcək, əks halda, biz münaqişəyə cəlb olunacağıq. Fransanın Aİ-də (Ukraynanın NATO-ya daxil olması ilə bağlı) davam edən müzakirələrdə mövqeyi elədir ki, heç olmasa, Ukraynaya orta müddətli perspektivdə gələcək hücumların qarşısını alacaq etibarlı və uzunmüddətli təhlükəsizlik təminatları verilsin”, - deputat izah edib.
Bundan əvvəl “Politico” qəzeti ABŞ, Almaniya, Slovakiya, Macarıstan, Belçika, Sloveniya və İspaniyanın münaqişə zamanı Ukraynanın NATO-ya daxil olmasını dəstəkləmədiyini yazmışdı.
E.ŞİRİNOV