Terror aktları riski ilə əlaqədar Türkiyənin bütün hava limanlarında təhlükə səviyyəsi narıncıya yüksəlib.
Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.
Bu qərarın Ankaradakı terror aktından sonra verildiyi dəqiqləşir. Sərnişinlərdən təhlükəsizlikdən keçməyə vaxt tapmaq üçün hava limanına tez gəlmələri istənilib.
Qeyd etdiyimiz kimi, oktyabrın 23-də bir qrup yaraqlı Ankarada TUSAŞ aerokosmik şirkətinin ərazisinə daxil olub, terror aktı nəticəsində 5 nəfər həlak olub, 22 nəfər yaralanıb.
E.ŞİRİNOV