İran İsrailin ölkədəki hədəfləri vurmasından sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Tezadlar.az bildirir ki, bu barədə İranın dünya təşkilatı yanında daimi nümayəndəliyi məlumat verib.

“İran Təhlükəsizlik Şurasının sədrindən (İsveçrə) bu kobud pozuntunun aradan qaldırılması üçün fövqəladə iclas çağırmağı xahiş edir”, - bəyanatda deyilir.

Tehran İsrailin hərbi hücumunu “qanunsuz hərəkətlər” adlandırıb və yəhudi dövlətinin məsuliyyətə cəlb olunmasını tələb edib. Bundan əlavə, İran BMT-nin baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasını “qəti mövqe tutmağa və İsrailin hərəkətlərini qəti və birmənalı şəkildə pisləməyə” çağırıb.

Qeyd edəkki, oktyabrın 26-na keçən gecə İsrail İrana genişmiqyaslı hücuma keçdi. İsrail ordusu bunun İranın oktyabrın 1-də həyata keçirdiyi raket hücumuna cavab olduğunu bildirib. İsrail yüzdən çox döyüş təyyarəsi, o cümlədən ən son Amerika F-35-ləri və çoxlu sayda pilotsuz təyyarələrdən istifadə edib. Bütün gecə Tehranda partlayışlar olub və hava hücumundan müdafiə vasitələri işə düşüb.

Qərb KİV-lərinin məlumatına görə, zərbə ABŞ-la tam razılaşdırılıb: Vaşinqton hədəflərin siyahısını və hücumun vaxtını təsdiqləyib. İsrailin məlumatına görə, raket fabrikləri də daxil olmaqla, İranın onlarla strateji hərbi obyekti hücuma məruz qalıb. Tehran iki əsgərin öldüyünü təsdiqləsə də, hərbi infrastrukturuna dəyən ziyanla bağlı xəbərləri təkzib edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN