İraq İsrailin İrana zərbə endirmək üçün respublikanın hava məkanından istifadə etməsi ilə əlaqədar BMT-nin baş katibi Antonio Quterreşə və dünya təşkilatının Təhlükəsizlik Şurasına etiraz notası göndərib.

“İraq oktyabrın 26-da İsrailin İraqın hava sərhədlərini açıq-aşkar pozması və ölkənin hava məkanından İrana zərbə endirməsi ilə bağlı Baş Katibə və BMT Təhlükəsizlik Şurasına rəsmi etiraz notası göndərib”, - İraq Nazirlər Kabinetinin rəhbəri Məhəmməd əl-Sudaninin ofisinin Telegram kanalında dərc olunan sənəddə deyilir.

Baş nazir həmçinin Xarici İşlər Nazirliyinə “baş vermiş İraqın suverenliyinin pozulmasını müzakirə etmək üçün ABŞ-la əlaqə saxlamağı” tapşırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN