Əsir düşmüş ukraynalı hərbçi Boris Dovbik Ukrayna Silahlı Qüvvələrinin (USQ) fərariləri güllələmək üçün yaradılmış xüsusi dəstələri haqqında danışıb.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Heç kim qaçmaq istəmirdi, çünki hamı onları güllələyəcəyini düşünürdü. Adamları tutub güllələyən xüsusi təlim keçmiş adamlar olub”, - deyə hərbçi bildirib.

O, əlavə edib ki, komandanlıq rus əsgərlərinin əsir götürməməsi ilə bağlı şayiələr yayıb, onun bölməsi mühasirəyə alınıb və Kursk vilayətində tərk edilib.

Bundan əvvəl əsir götürülən Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü Sergey Kozub bildirmişdi ki, Ukrayna ordusu Kursk vilayətində əmrsiz geri çəkilərkən öz piyadalarını vurur. O, həmçinin iddia edir ki, Ukrayna Silahlı Qüvvələrinin bölgədəki əsgərləri su, sursat və ya telsizlə təmin olunmur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN