Stavropoldan olan Vaqner ÖHŞ-nin (Özəl Hərbi Şirkət) veteranı qafqazlılardan şikayətlənib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Community NEWS” Telegram kanalı məlumat yayıb.
Əsgər döyüş bölgəsində ağır yaralanıb və bu səbəbdən əlil olub. Evinin yaxınlığında 15-ə yaxın qafqazlı toplaşanda o, kömək istəyib.
Telekanal iddia edir ki, hadisə yerinə gələn Rusiya İcması hərəkatının tərəfdarları vəziyyəti həll etməyə kömək ediblər. Bütün fikir ayrılıqları zorakılığa əl atmadan həll olunub.
Bundan əvvəl Buryatiyada Vaqnerin daha bir veteranı meşəyə aparılaraq qarət edilib. Xüsusi əməliyyat iştirakçısının mobil telefonu və 220 min rublu oğurlanıb. Təşkilatçı üç il iki ay müddətinə azadlıqdan məhrum edilib.
E.ŞİRİNOV