İki nəfər qətldə şübhəli bilinərək saxlanılıb.

Tezadlar.az bildirir ki, bu barədə Rusiyanın Kalininqrad vilayəti üzrə İstintaq İdarəsinə məlumat verilib.

Oktyabrın 24-də 37 yaşlı rayon sakininin meyiti Kalininqradın Klenovaya xiyabanı yaxınlığındakı meşədə zorakılıqla ölüm izləri ilə tapılıb. Hadisə ilə bağlı cinayət işi açılıb, iki şübhəli şəxs saxlanılıb.

“Hazırda İstintaq Komitəsinin regional şöbəsinin müstəntiqlərinin və Rusiya Daxili İşlər Nazirliyinin Kalininqrad vilayəti üzrə Cinayət Axtarış İdarəsinin əməliyyatçılarının koordinasiyalı işi sayəsində hər iki təqsirləndirilən şəxsin cinayətdə iştirakı müəyyən edilib. Hər iki şəxs saxlanılıb, barələrində zəruri istintaq hərəkətləri aparılıb və istintaqın tələbi ilə məhkəmə hər iki şübhəli şəxs barəsində 24 dekabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilib”, - deyə məlumatda bildirilir.

İstintaqın məlumatına görə, sentyabrın 22-də oğurluqda dostlarından şübhələnən təqsirləndirilən şəxslər onun evinə gələrək onu dəyənəklə döyüblər. Daha sonra kişini sahilə çıxarıblar, orada soyunmağa məcbur edilib və yenidən döyülüb. Zərərçəkənin başına şüşə butulka ilə zərbələr endirdiyi dəqiqləşir. O, huşunu itirib və hücum edənlər qurbanın öldüyünü biləndə cəsədi meşəyə aparıb basdırıblar.

Hazırda şahidlər dindirilir, hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN