Ukrayna Silahlı Qüvvələri (USQ) Ukraynada əsir götürülən rusiyalı döyüşçü İqor Şeqolevatının qohumlarından bir milyon rubl tələb edir.

Tezadlar.az bildirir ki, bu barədə RİA Novosti-yə məhbusun ögey qardaşı Aleksandr Serikov məlumat verib.

Onun sözlərinə görə, qardaşı əvvəlcə artilleriyaçı kimi xidmət edib, sonra isə hücum bölməsinə keçirilib. Oktyabrın 5-də o, sonuncu dəfə ailəsi ilə əlaqə saxlayıb. Ayın 12-də yaxınları bir video alıblar, belə ki, İqor başını arxaya çevirərək pul köçürməsini xahiş edir.

“Yuliya, pulu sənə dedikləri yerə köçürün. Yaşamaq istəyirəm", – döyüşçü qohumunun agentliyə verdiyi videoda deyir.

Serikov izah edib ki, onlar Şçeqolevatıdan müəyyən siyahılara daxil olmaq üçün bir milyon rubl tələb ediblər. Əks halda, ona qarşı zorakılığı əks etdirən videonu uşaqlarına göndərəcəklərinə söz veriblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN