Moskvaya qarşı sanksiyaların Avropa iqtisadiyyatı üçün mənfi nəticələrini nəzərə alaraq, Avropa Parlamentinin Suveren Millətlər Avropa qrupundan olan nümayəndələri anti-Rusiya məhdudiyyətlərinin yumşaldılmasına yönəlmiş təşəbbüs irəli sürə bilərlər.
Tezadlar.az bildirir ki, bu barədə “İzvestiya”ya avropalı deputat Milan Uqrik məlumat verib.
“Sanksiyaların əksəriyyəti Avropa ölkələrinin iqtisadiyyatına ziyan vurur. Onlar həmçinin ən azı diplomatik səviyyədə baş verməli olan yaxşı iqtisadi əlaqələrə, əməkdaşlığa və ünsiyyətə zərər verirlər. Yenicə uğurla yaratdığımız platformadan (“Suveren Millətlər Avropası” parlament qrupu. – RED.) bu tip təşəbbüslər üçün istifadə etmək olar. Biz bunu etməyə çalışacağıq”, - Uqrik vurğulayıb.
Eyni zamanda, Slovakiyadan olan Avropa Parlamentinin deputatı Lubos Blaqa gələcəkdə oxşar təkliflə çıxış edə biləcəyini və ya digər deputatlar tərəfindən oxşar hərəkətləri dəstəkləyəcəyini istisna etməyib.
E.ŞİRİNOV