“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyaları keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının yaranmasının 100-cü ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Naxçıvan Baş Gömrük İdarəsinin və “Şahtaxtı” gömrük postunun ərazisində gömrükçülər tərəfindən müxtəlif növ meyvə ağacları əkilib.
Astara Gömrük İdarəsinin əməkdaşları isə “Cənub-Astara” gömrük postunun inzibati ərazisində meyvə ağaclarından ibarət yaşıllıq zolaqları salıblar.
R.XUDATQIZI