Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) keçirilən parlament seçkiləri ilə bağlı öz məlumatlarını iki dəfə yoxlamaq məqsədilə hər bir seçki dairəsində beş seçki məntəqəsinin bülletenlərinin yenidən sayılması barədə qərar qəbul edib.
Tezadlar.az bildirir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının bildirdiyinə görə, seçkilərin nəticələrindən əldə edilən məlumatların təkrar yoxlanılması çərçivəsində dairə komissiyaları hər bir seçki dairəsində beş seçki məntəqəsinin bülletenlərini yenidən hesablayacaq. Bu prosedurun həyata keçiriləcəyi ərazilər püşkatma yolu ilə müəyyən edilib.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Gürcüstan prezidenti Salome Zurabişvilini dövlət çevrilişinə çağırışda ittiham edərək demişdi ki, konstitusiyaya zidd olan bu cür hərəkətlər onun ölkədən çıxarılması və həbsi ilə nəticələnə bilər.
E.ŞİRİNOV