ABŞ hakimiyyət orqanları prezident seçkilərini işıqlandırmaq üçün ABŞ-a gələn rusiyalı jurnalistlərin Amerika hava limanında saxlanması barədə Rusiyanın Vaşinqtondakı səfirliyinə məlumat verməyib.

Tezadlar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Sputnik” radiosuna açıqlamasında “İzvestiya” operatorunun vizası “inzibati səbəblərə görə” ləğv edildiyini deyib.

Diplomatın sözlərinə görə, təqribən bir gün əvvəl, ABŞ vaxtı ilə oktyabrın 29-na keçən gecə “İzvestiya”dan olan rusiyalı müxbirlər prezident seçkilərini işıqlandırmaq üçün ABŞ-a gedirmiş.

“Onlar ora inkoqnito getməyiblər, verilən sənədlərə tam uyğun olaraq gediblər ABŞ-a yollanıblar”, - o deyib. – “Orada onları hava limanında qarşıladılar, saxladılar, dindirdilər. Dindirilmə saatlarla davam edib. Və sonra qrup operatoruna sərhədi keçmək icazəsi verilmədi. Onun giriş vizası inzibati səbəblərə görə ləğv edilib. Bunun nə demək olduğu aydın deyil”.

“Bundan başqa, bütün bunlar baş verərkən Amerika administrasiyası Rusiya diplomatlarını, Rusiyanın Vaşinqtondakı səfirliyini Rusiya Federasiyası vətəndaşlarının saxlanması barədə xəbərdar etməyib”, - o əlavə edib. - “Müvafiq olaraq, həmkarlarımıza sadəcə olaraq məlumat verilməyib, yardım göstərmək bir yana qalsın, bunu etmək üçün fiziki imkanları yox idi, çünki bundan xəbərləri yox idi”.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN