Yaroslavl vilayətində oğlanlar üçün məktəb tualetlərində videomüşahidə kameraları quraşdırılıb.
Tezadlar.az bildirir ki, bu barədə Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, kameralar ya arakəsmələr olmayan ərazilərə, ya da kabinələrin özlərinə yönəlib.
“Müxtəlif bölgələrdən olan bir çox uşaq yazır ki, kameralara görə məktəbdə tualetə getməyə utanır və evə qədər dözürlər. Müəllimlər və valideynlər isə kameraların görünməsini xuliqanlığa qarşı mübarizə və maddi ziyanla izah edirlər. Amma hələ heç kim əsas suala cavab verməyib: videolar harada saxlanılır və onlara kimin girişi var?” - Mizulina yazıb.
Rus məktəbinin direktoru vəziyyəti şərh edərək qeyd edib ki, kameralar “cinayətin qarşısını almaq üçün” quraşdırılıb. “Videomüşahidələrin quraşdırılması qəyyumlar şurasının qərarı ilə həyata keçirilib ki, kameralar elə yönləndirilib ki, məktəblilərin şəxsiyyətinə zərər gəlməsin”, - o bildirib.
E.ŞİRİNOV