22 oktyabr 2024-cü il tarixində Bakı şəhəri, Nərimanov rayonu 193 nömrəli tam orta məktəbdə “Narkomaniya sosial bəladır” və “Zərərli vərdişlərə yox deyək” mövzularında maarifləndirici-profilaktik tədbir keçirilib.

Tezadlar.az xəbər verir ki, tədbirdə Akademiyanın “Gənclər və yetkinlik yaşına çatmayanlarla iş sektoru”nun üzvü, “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının müəllimi, polis baş leytenantı Mirzə Məmmədov, həmçinin Nərimanov RPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin inspektoru, polis baş leytenantı Cavanşir Əsgərzadə, 193 nömrəli tam orta məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbin digər pedaqoji heyəti və 9-11-ci sinif şagirdləri iştirak ediblər.

Tədbir zamanı M.Məmmədov “Narkomanlığın neqativ fəsadları və profilaktikası” və “Zərərli vərdişlərə yox deyək” mövzularında çıxış edib. O çıxışında ölkəmizdə narkotik cinayətkarlığının sosial neqativ təzahürləri, səbəbləri, bu növ cinayətlərin törədilmə üsulları, eləcə də digər zərərli vərdişlər və onlardan qorunma yolları barədə məktəblilərə ətraflı məlumat verib. Tədbir çərçivəsində internet vasitəsilə törədilən kibercinayətlər, sosial şəbəkələrdə dini ekstremizmin və radikalizmin geniş vüsət alması, müasir dövrdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin və alqı-satqısının internet üzərindən həyata keçirilməsinin sosial-neqativ təzahürləri barədə iştirakçılara məlumatlar verilib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, şagirdlərlə xatirə fotoşəkilləri çəkdirilib. Ümumilikdə tədbir həm məktəblilər, həm də orta məktəb rəhbərliyi tərəfindən böyük maraqla qarşılanıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN