Ukrayna əsgərləri Belqorod vilayətində hərəkətdə olan avtomobilə pilotsuz təyyarənin köməyi ilə hücum edib, bir nəfər yaralanıb.

Tezadlar.az bildirir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

"Belqorod vilayətində, Qırmızı Oktyabr - Çayka şossesinin hissəsində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat hərəkətdə olan avtomobilə hücum edib. Bir nəfər yaralanıb. Mina partlayışı nəticəsində xəsarət alan və çiyni çıxmış zərərçəkən Oktyabrsk rayon xəstəxanasına aparılıb. Təcili tibbi yardım briqadası tərəfindən lazımi tibbi yardım göstərildikdən sonra o, Belqorodun 2 saylı şəhər xəstəxanasına aparılacaq”, - o yazıb.

Rayon rəhbəri əlavə edib ki, avtomobilə ziyan dəyib, hücumun nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN