Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi Beyruta humanitar yardımın ikinci partiyasını çatdırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
“Rusiya fövqəladə hallar departamentinin xüsusi İl-76 təyyarəsi Beyruta ümumi çəkisi 19 tondan çox olan, içərisində zəruri əşyalar və dərmanların da olduğu humanitar yükü çatdırıb”, - Fövqəladə Hallar Nazirliyi bildirib.
Uçuş Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə həyata keçirilib.
E.ŞİRİNOV