Ermənistanın baş naziri Nikol Paşinyan “WhatsApp” messencerində işdən çıxarılmaları barədə bir neçə məmura məlumat verib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Hraparak” portalı məlumat yayıb.

“Nikol Paşinyan keçmiş tabeliyində olan şəxslərdən ən alçaldıcı şəkildə qurtulub, onlara üz-üzə şikayətlərini bildirməyi və istefa məktubu yazmaq təklifini əsaslandırmağı lazım bilməyib”, - materialda deyilir.

Portalın məlumatına görə, belə bir bildiriş Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyana təsir edib. O, mesajı gəzinti zamanı alıb, bunu zarafat kimi qəbul edib. Lakin oxşar bildirişlər alan digər həmkarları ilə söhbətdən sonra Badasyan bunun doğru olduğunu anlayıb.

Bir gün əvvəl Nikol Paşinyan bir sıra yüksək rütbəli məmurlardan istefa verməsini xahiş etdiyini bildirib. Onun sözlərinə görə, belə bir müraciətin edilməsinin səbəbləri şəxsi deyil, onun “ictimaiyyət qarşısında danışdığı” sistem xarakterlidir.

Qeyd edək ki, noyabrın 17-də Ermənistan mətbuatında baş nazirin bir sıra əsas nazirləri və idarə rəislərini - Daxili İşlər Nazirliyinin rəisini, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri, İstintaq Komitəsinin rəhbəri, Dövlət Gəlirləri Komitəsinin rəhbəri və Ərazi İdarəetmə nazirini vəzifədən azad etmək qərarına gəldiyi barədə məlumat yayılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN