Abxaziya parlamentinin respublikanın hazırkı prezidenti Aslan Bjaniyanın istefasının qəbulu məsələsinə baxacaq iclası Moskva vaxtı ilə saat 13:00-a (Bakı vaxtı ilə saat 14:00) təxirə salınıb.
Tezadlar.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
"Sessiya iclası təxminən Moskva vaxtı ilə saat 13:00-a təxirə salınıb", - məlumatda deyilir.
E.ŞİRİNOV