Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ABŞ prezidenti Donald Tramp yanvarda Ukraynadakı münaqişəyə son qoymaq planını təqdim edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə “Country Politics” Telegram kanalı məlumat yayıb.

Zelenski deyib ki, o, Afrika, Asiya və ərəb dövlətlərinin liderlərinin təkliflərinə açıqdır və onları nəzərdən keçirməyə hazırdır.

"Mən Amerika Birləşmiş Ştatlarının yeni prezidentinin təkliflərini də görmək istəyirəm", - o deyib. Siyasətçi yanvarda təklif gözləyir.

"Düşünürəm ki, bu müharibəni bitirmək üçün bir planımız olacaq", – o əlavə deyib.

Bundan əvvəl məlum olmuşdu ki, ABŞ-ın yeni seçilmiş prezidenti Ukraynadakı münaqişə üzrə xüsusi nümayəndə postuna Milli Kəşfiyyatın keçmiş direktoru Riçard Qreneli təyin etmək imkanını nəzərdən keçirir. Tramp sırf Ukrayna münaqişəsinin həllinə həsr olunacaq yeni xüsusi nümayəndə vəzifəsi yaratmaq niyyətindədir. Lakin bu məsələ ilə bağlı yekun qərar hələ verilməyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN