...Bəli, bir-birimizə uzun illərdir "müsəlman qardaş" dediyimiz İranın son davranışı uşaq cığallığına bənzəyir... Rəsmi və müstəqil KİV-lərin, dünya mətbuatının məlumatlarından da görünür ki, qonşu müsəlman ölkəsi olan İran haqsız durumdadır. Azərbaycan özünün ərazi bütövlüyünü qorumaq üçün uzun illərdir Ermənistanın işğalçılığına son qoyulmasına çalışır. İran isə Ermənistanın tərəfində olduğunu ortaya qoymaqdadır... İndi də Azərbaycana özünün hava məkanını bağlamışdır. Hansı ki, İranda bilirlər ki, Azərbaycan bu yeganə hava məkanından istifadə etməklə Naxçıvanla əlaqə saxlayır və s. Əksinə, bu da tarixi düşmənimiz olan Ermənistan. Nəinki Azərbaycana, bütöv türk dünyasına nifrəti ilə seçilən Ermənistan isə Azərbaycan üçün hava məkanını açıb. Amma hər zaman bizi "qardaş müsəlman ölkə" adlandıran İran isə Azərbaycan üçün, Türkiyə üçün də qapıları bağlayır... Və İranı bu hala gətirən isə odur ki, Azərbaycan niyə İsraillə əməkdaşlıqdadır? Bilə-bilə ki, İsrail 2-ci Qarabağ müharibəsində Ermənistanın işğal etdiyi torpaqları azad edərkən Azərbaycanın -haqlının yanında oldu... O İsrail ki, müsəlman da deyil, amma ədalətin kimin tərəfində olduğunu bilirdi...
A.Məmmədli
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN