NATO-nun baş katibi Mark Rutte Kiyevə Rusiya ilə istənilən sülh danışıqlarını təxirə salmağı təklif edib və qeyd edib ki, Ukraynanın danışıqlarda mövqeyini gücləndirmək üçün Qərb əvvəlcə Ukrayna Silahlı Qüvvələrinə silah göndərməlidir.

Tezadlar.az xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti yazır.

“NATO-nun yeni baş diplomatı çərşənbə axşamı təklif edib ki, Ukrayna Qərb müttəfiqləri kifayət qədər hərbi yardım göndərənə qədər Rusiya ilə istənilən sülh danışıqlarını təxirə salsın”, - nəşr yazır.

Qeyd olunur ki, belə bir addım Ukraynanın gələcək danışıqlarda mövqeyini gücləndirmək üçün Kiyevə təklif edilib.

Eyni zamanda, Rutte əlavə edib ki, danışıqlara nə vaxt başlamağa hazır olduğuna Ukrayna özü qərar verməlidir.

Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, Kiyev NATO-ya tam üzvlükdən başqa hər hansı təhlükəsizlik zəmanətini nəzərdən keçirməkdən imtina edib. Diplomatlar əlavə ediblər ki, ölkə “heç bir alternativ, surroqat və ya əvəzedicilərlə” razılaşmayacaq.

Dekabrın 3-də “Reuters” agentliyi bildirib ki, hazırda NATO-nun 32 üzvü arasında Ukraynanın alyansa dəvət edilməsi ilə bağlı qərar qəbul etmək üçün lazımi konsensusdan əsər-əlamət yoxdur və buna nail olmaq üçün aylarla danışıqlar aparıla bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN