Dekabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi, Zərdab rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin tolerantlıq və multikulturalizm ideyaları” mövzusunda tədbir təşkil olunub.
Tezadlar.az xəbər verir ki, tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin əməkdaşı Sədi Hüseynov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, yerli dövlət qurumlarının nümayəndələri və gənclər iştirak ediblər.
Vurğulanıb ki, Heydər Əliyev uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib, onu keyfiyyətcə yeni mərhələyə qaldırıb. Qeyd edilib ki, Azərbaycanda dövlətin multikultural ənənələri qorumasında ən vacib məqam Heydər Əliyevin təşəbbüsü ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən, Konstitusiyada əks olunmasıdır.
Sonda mövzu ilə bağlı diskussiya təşkil olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
R.XUDATQIZI