“Həyatının memarı - Sən özünsən” adlı layihə çərçivəsində İqtisadiyyat və Humanitar Kollecin tələbələri üçün maarifləndirici görüş keçirilib.

Dövlət Komitəsindən Tezadlar.az-a bildirilib ki, dekabrın 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Abşeron rayonunda yerləşən Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecin tələbələri ilə görüş keçirilib.

Görüşdə kollecin direktoru Səhər Orucova, Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Dəniz Vəliyeva, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova narkotik vasitələrin və psixotrop maddələrin insan psixologiyasına təsiri, zərərli vərdişlərin ağır fəsadları barədə çıxış ediblər.

Daha sonra şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Gülxani Pənah çıxış edərək, gəncləri sağlam həyat tərzi qaydalarına riayət etməyə, zərərli vərdişlərdən uzaq durmağa səsləyib, həmçinin vətəninə, ailəsinə yararlı və sağlam bir insan kimi yetişmələrinin vacibliyini vurğulayıb. 

Görüş zamanı “Əlvida mənim dostum” və “Ailə bir ağacdır” adlı sosial çarxlar nümayiş etdirilib, həmçinin “Biz narkotiklərə “Yox” deyirik” mövzusunda maarifləndirici kitabçalar kollecin kitabxanasına təqdim olunub.

R.XUDATQIZI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN