İsrail Müdafiə Qüvvələri (İMQ) gecə ərzində Suriya ilə sərhəddə bufer zonada əlavə ərazilərə nəzarəti ələ keçirib.
Tezadlar.az “Ynet”-ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.
“İMQ gecə saatlarında Suriya ilə bufer zonada əlavə nöqtələri ələ keçirdi”, - o deyib.
Yəhudi dövlətinin müdafiə departamentinin rəhbəri qeyd edib ki, o, hərbçilərə Suriyada “İsraili təhdid edə biləcək ağır strateji silahlardan və terror infrastrukturundan təmiz təhlükəsizlik zonası yaratmaq” üçün dərhal hərəkətə keçməyi tapşırıb.
Katz həmçinin sərhəd-keçid məntəqələrində İrandan Livana Suriyadan keçən silah qaçaqmalçılığının bərpasına son qoyulmasını əmr etdiyi, həmçinin Suriyada ağır strateji silahların məhv edilməsi üçün tədbirlərin görülməsi ilə bağlı göstəriş verdiyi dəqiqləşdirilir.
Bundan əvvəl İsrail 1973-cü ilin oktyabr müharibəsindən sonra ilk dəfə olaraq Colan təpələrindən kənarda Suriya ərazisinə daxil olub. İsrail qüvvələrinin sərhədin Suriya tərəfində yerləşən Hermon dağının zirvəsini, eləcə də bir sıra digər strateji əhəmiyyətli yerləri nəzarətə götürdüyü dəqiqləşdirilir.
E.ŞİRİNOV