Braziliya prezidenti Luiz İnasio Lula da Silva kəllədaxili qanaxmanı dayandırmaq üçün bu həftənin əvvəlində təcili əməliyyat keçirdikdən sonra xəstəxanadan evə buraxılıb.

Tezadlar.az bildirir ki, bu barədə prezidenti müalicə edən həkim briqadası məlumat verib.

Braziliyanın “O Globo” nəşri qeyd edib ki, Lula da Silvanın xəstəxananı bazar ertəsi və ya çərşənbə axşamı tərk edəcəyi gözlənilirdi, lakin xəstənin vəziyyəti stabil olduğundan həkimlər onu daha tez evə buraxmaq qərarına gəliblər.

Braziliya prezidenti KT müayinəsindən keçmək üçün əməliyyat olunduğu Sao Pauloda daha bir neçə gün qalacaq. Bundan sonra o, ölkənin paytaxtı Braziliyaya qayıtmaq niyyətindədir.

Qeyd edək ki, Lula da Silva keçən çərşənbə axşamı şiddətli baş ağrısı şikayəti ilə San-Pauludakı xəstəxanaya yerləşdirilmişdi. Həkimlər prezidentə kəllədaxili qanaxma diaqnozu qoyublar ki, bu da təxminən iki ay əvvəl baş vermiş yıxılma nəticəsində baş verib.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN