Sankt-Peterburqda cinayətkar ticarət mərkəzində 55 yaşlı kişiyə bıçaqla xəsarət yetirib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin şəhər Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“İspıtateley prospektində yerləşən ticarət mərkəzinin birinci mərtəbəsində naməlum şəxs taksi sürücüsü işləyən 55 yaşlı əcnəbi vətəndaşı bıçaqlayıb və sonra qaçıb”, - şöbədən bildiriblər.
Zərərçəkmiş xəstəxanaya çatdırılıb, hücum edən şəxs isə axtarılır. Hazırda cinayət işinin başlanmasına hazırlıq gedir.
E.ŞİRİNOV