ABŞ hakimiyyəti Suriyaya humanitar yardım göndərilməsi ilə bağlı məhdudiyyətləri yumşaltmaq niyyətindədir.
Tezadlar.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin məlumatına görə, müvafiq elan bu gün - yanvarın 6-da veriləcək. Humanitar yardım, su və elektrik xidmətləri göstərən şirkətlər yüklərin ötürülməsi üçün ABŞ hakimiyyət orqanlarından xüsusi icazə almaq zərurətindən azad olacaqlar. Bununla belə, bir şərt var - təchizatdan "başqa məqsədlər üçün" istifadə etmək qadağandır.
Məqalədə qeyd edilir ki, Vaşinqton ehtiyatlı davranır və ölkənin yeni hakimiyyətinin siyasətinin istiqaməti bəlli olana qədər Suriyaya qarşı bütün sanksiyaları ləğv etmir.
Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Barbok Almaniyanın Suriyaya maliyyə yardımını yalnız ölkənin yeni hakimiyyət orqanları qadınların və azlıqların hüquqlarına hörmət etdiyi təqdirdə verəcəyini bildirmişdi.
E.ŞİRİNOV