Bu gün - yanvarın 6-da Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasının gündəliyinə Rusiya ilə Ukrayna arasında münaqişə daxil edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Rusiya ilə Ukrayna arasındakı müharibə, İsrailin Qəzza zolağına hücumları müzakirə olunacaq. Nazirlər Kabinetinin xarici siyasətinin əsas mövzusu Suriyadakı son hadisələr olacaq”, - nəşr qeyd edir.
Qəzetin yazdığına görə, Ərdoğan Suriyaya ezam olunmuş nazirlərin hesabatlarını dinləmək niyyətindədir.
“İnfrastruktur, enerji və kənd təsərrüfatı sahəsində ehtiyaclar müzakirə olunacaq. Suriyalıların təhlükəsiz dönüşündə çatılan mərhələ və yol xəritəsi nəzərdən keçiriləcək”, - nəşr yazır.
Bundan əvvəl Ərdoğan Ankarada Avropa Komissiyasının sədri Ursula von der Leyen ilə danışıqlardan sonra keçirdiyi brifinqdə Türkiyənin Ukraynada tezliklə atəşkəs zərurətinə dair baxışını Aİ-yə çatdırdığını bildirib.
E.ŞİRİNOV