ABŞ-ın hazırkı prezidenti Ağ Evdə jurnalistlərlə söhbəti zamanı onların sualını kobud şəkildə cavablandırıb.
Tezadlar.az xəbər verir ki, onun tədbirdəki iradlarının qeydini “Sky News Australia” yayımlayıb.
Ağ Ev rəhbərindən Amerika Konqresinin yeni tərkibinin respublikaçı əksəriyyətinin miqrasiya böhranını həll etmək üçün bir sıra qanun layihələrini tez bir zamanda qəbul etmək planlarına münasibəti soruşulub. Belə ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-nə planlaşdırılan andiçmə mərasimindən sonrakı ilk gündə onları imzalaya bilsin. Buna Bayden cavab verib ki, guya Tramp konqresmenləri sərhəddə miqrasiya axınlarına nəzarəti gücləndirmək üçün hazırkı administrasiya tərəfindən hazırlanmış qanun layihəsini bloklamağa məcbur edib.
"Ola bilər ki, mən ABŞ tarixinin ən yaşlı prezidentiyəm, amma mən sənin bütün lənətə gəlmiş həyatında rast gəlmədiyindən daha çox dünya liderini tanıyıram. Mən onları tanıyıram, onların necə düşündüyünü də bilirəm. Bu, zarafat deyil", – Bayden gözlənilmədən əlavə edib.
Hazırkı prezident də bir daha Trampı “demokratiya üçün təhlükə” adlandırıb.
Jurnalistlərlə bu yaxınlarda başqa bir söhbətində Bayden Rusiya prezidenti Vladimir Putinlə ilk görüşünü unudub və "onu 47 ildir tanıdığını" deyib.
E.ŞİRİNOV