Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken yanvarın 14-də Vaşinqtonda strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar.
Tezadlar.az bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Telegram kanalında məlumat verilib.
Ermənistan Xarici İşlər Nazirliyi tədbirin saat 22:00-da baş tutacağını və respublika Xarici İşlər Nazirliyinin rəsmi resurslarında yayımlanacağını açıqlayıb.
E.ŞİRİNOV