Fransa Kiyevə öz əsgərlərini Ukraynada yerləşdirməyi təklif edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Vladimir Zelenski prezident Emmanuel Makronla söhbətindən sonra bildirib.
Paris digər Qərb ölkələrinin də bu prosesə cəlb olunmasını təklif edib.
Bir gün əvvəl Böyük Britaniyanın iki keçmiş müdafiə naziri eyni vaxtda Ukraynaya "Qərb sülhməramlıları"nın göndərilməsi ideyasını açıqlamışdı. Baş nazir Keir Starmerin bu məsələni şəxsən Zelenski ilə müzakirə edəcəyi gözlənilir; o, yaxın vaxtlarda Kiyevə səfər etməyi planlaşdırıb.
Qrant Şapps və Gevin Villiamson Britaniya sülhməramlılarının Ukraynaya göndərilməsinin tərəfdarı olduqlarını bildiriblər. Şapps Britaniya hərbçilərinin “müharibədən sonrakı sülhməramlı qüvvələrə” cəlb olunmasını alqışlanan addım kimi qiymətləndirib.
E.ŞİRİNOV