ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 2024-cü ildə qalib gəlməsəydi, 2020-ci il seçkilərinə müdaxilədə ittiham oluna bilərdi.

Tezadlar.az xəbər verir ki, bu barədə keçmiş xüsusi prokuror Cek Smitin “The New York Times” qəzetində dərc olunmuş hesabatında deyilir.

“Trampın qələbəsi və gözlənilən prezidentliyə qayıdışı olmasaydı, sübutlar məhkəmədə mühakimə hökmü çıxarmaq və təmin etmək üçün kifayət edərdi”, – yekun rəydə qeyd edilir.

Bundan əvvəl Nyu-York məhkəməsi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı keçmiş porno aktrisa Stormi Danielsə pul ödəyərkən “Trump Organization”un sənədləri saxtalaşdırdığına görə onu qeyd-şərtsiz azadlığa buraxıb. Şərtsiz azadlığa çıxmaq o deməkdir ki, cərimə və ya həbs müddəti yoxdur, lakin hökm qüvvədə qalır. Beləliklə, Tramp cinayət məsuliyyətinə cəlb edilərək prezident postunu tutan ilk Amerika lideri oldu.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN