“Rosaviatsia” xəbər verir ki, İjevsk hava limanında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Tezadlar.az xəbər verir ki, çərşənbə axşamı səhər saatlarında Kazan, Kaluqa, Saratov və Tambov hava limanlarında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlərin tətbiq edildiyi bildirilib.
Daha sonra Rosaviasiya Kaluqa və Tambov hava limanlarında məhdudiyyətlərin aradan qaldırıldığını elan edib.
Xatırladaq ki, yanvarın 14-nə keçən gecə pilotsuz təyyarənin hücumundan sonra Kazan ətrafında qaz çəni yanıb. Yanğın söndürülüb. Saratov vilayətinin qubernatoru Roman Busargin bildirib ki, iri dron hücumundan sonra Saratov və Engelsdəki iki sənaye müəssisəsinə də ziyan dəyib.
E.ŞİRİNOV