Hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəllər Sankt-Peterburqun tərkibinə daxil olan Kolpino şəhərində orta məktəb şagirdini qaçıraraq döyən şəxslərin kimliyini müəyyən ediblər.

Tezadlar.az REN TV-yə istinadən xəbər verir ki, hücumda iştirak edən beş nəfərdən dördü hazırda saxlanılıb.

"Kolpinoda məktəblinin oğurlanması və döyülməsində iştirak edən beş hücumçudan dördü saxlanılıb", - telekanalın həmsöhbəti bildirib.

O qeyd edib ki, hücumda iştirak edən sonuncu gəncin də şəxsiyyəti müəyyən edilib və hazırda onun axtarışı aparılır.

Xatırladaq ki, hadisə yanvarın 21-də baş verib. Hücum edənlər yeniyetmədən ondan əvvəllər aldığı iddia edilən bank kartlarına görə pulun qaytarılmasını tələb ediblər. Lakin zərərçəkmişin sözlərinə görə, ona hücum edən şəxsləri tanımır.

Hadisədən sonra Rusiya İstintaq Komitəsi adam oğurluğu maddəsi ilə cinayət işi açıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN