Fevralın 12-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri (USQ) yenidən Rusiyaya zərbə endirməyə cəhd edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün Telegram kanalında məlumat yayıb.
Məlumata görə, Ukrayna hərbçiləri Belqorod vilayətinə hücum etməyə cəhd ediblər. Hava hücumundan müdafiə sistemləri Ukraynanın üç pilotsuz təyyarəsini vurub.
Fevralın 11-i axşam saatlarında Ukrayna Silahlı Qüvvələri Rusiyanın iki rayonuna pilotsuz təyyarələr buraxıb. Bir pilotsuz uçuş aparatı Kursk vilayəti, daha üçü Belqorod vilayəti üzərində vurulub.
Fevralın 10-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın beş regionuna onlarla pilotsuz uçan aparatı buraxıb. Təyyarələrin əksəriyyəti - 18-i Saratov vilayəti üzərində ələ keçirilib. Daha 13 təyyarə Rostov vilayəti, 6-sı Bryansk vilayəti, 2-si Volqoqrad vilayəti, biri isə Belqorod vilayəti üzərində vurulub.
E.ŞİRİNOV