İrəvandakı 6-cı təcili tibbi yardım yarımstansiyasının sürücüləri tətilə başlayıblar.

 Qeyd edək ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Tətilçilər səlahiyyətli şəxslərin onlarla danışıqlara gəlməyənədək  çağırışlara getməkdən imtina ediblər. Sürücü – tətilçilər maaşların artırılmasını tələb edirlər.

Sürücülərdən birinin dediyinə görə, son aylarda onların çağırışlara getmə sayı iki dəfəyədək artıb (standart 17 əvəzinə 30 dəfə), verilən maaş isə dəyişməyib: günə təxminən 24 dollar - ayda cəmi 210 dollar.

İşçilər bildiriblər ki, ikinci bir işdə işləmək də bu qədər ağır yüklənmə ilə mümkün deyil.

Artıq səhər saatlarından başlayaraq sürücülər, yalnız son dərəcə ağır xəstələr istisna olmaqla, çağırışlara getmirlər. Onlar meriyanın rəsmiləri və rəhbərliyi ilə görüşü gözləyirlər.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN