Saakaşvilinin azadlığını istəyənlərin sayı artmaqda, hökumətin isə buna həvəssizliyi ortada...

Belə ki, dünən Eks prezident Mixeil Saakaşvilinin saxlanıldığı Rustavi həbsxanası qarşısında etiraz aksiyası keçirirlib. Gürcüstan KİV-ləri yazır ki, aksiyada çıxış edən müxalifət liderləri Saakaşvili həbsdən azad olunanadək aksiyaların davam edəcəyini bildiriblər. Aksiyada çıxış edən müxalifət nümayəndəsi Zaal Udumaşvili, Saakaşvilinin ölkəni xilas etməyə gəldiyini bildirib: “Biz Rustavi həbsxanasının önünə yalnız bir tələblə toplaşmışıq bu isə Mixeil Saakaşviliyə azadlıqdır. Bu adam 33 gündür aclıq aksiyası keçirir. Gürcüstanın üçüncü prezidenti ölkəyə yardım etmək üçün gəlib, İvanişvili isə onu həbsxanaya salıb. Əminəm ki, bu, uzun sürməyəcək”, - deyə Zaal Udumaşvili bildirib. "Lelo" partiyasının lideri Mamuka Xazaradze isə koalisiyasının digər üzvlərinə təşəkkür edib və müxalifət arasında bu birliyin gücləndirilməsinə ehtiyac olduğunu qeyd edib. Qeyd edək ki, aksiya insidentsiz başa çatıb, lakin Saakaşviliyə dəstək məqsədi ilə bəzi etirazçılar gecəni ərazidə qalacaqlarını bildiriblər.

Hakimiyyət isə hələki daxili və beynəlxalq təzyiqlərdən necə nəticə çıxarmaq barədə qəti qərara gələ bilmir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN