Avropada bəzi qüvvələr həmişə müsəlmanlara qarşı təxribatla məşğul olub. Səbəb bəllidir...
Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətinin İzerlon şəhərindəki müsəlman qəbiristanlığında 20 məzar naməlum şəxs və ya şəxslər tərəfindən dağıdılıb. Bu barədə Türkiyənin CNN-Türk məlumat yayıb. Qeyd edilir ki, Almaniyada müsəlman qəbiristanlıqlarına hücumlar davam edir. Naməlum şəxs və ya şəxslər müsəlman qəbiristanlığına hücum edib. Şəhərin girişində yerləşən qəbiristanlıqdakı 100-dən çox qəbiristanlıqdan 20-si dağıdılıb. Əraziyə prokurorluq və polis əməkdaşları çağırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparıblar. Müsəlmanların məzarlarının Yeni il axşamı yerli vaxtla gecə saat 01:30 və ya 02:00 radələrində baş verdiyi təxmin edilir. Sakinlər dağıdılan qəbirləri düzəltməyə başlayıblar. Türkiyənin Xarici İşlər Nazirliyi hadisəni pisləyib və cinayətkarların müəyyənləşdirilərək cəzalandırılmasını istəyib.
Almaniya hökuməti isə bu vandalizmə hələki reaksiya verməyib...
A.Məmmədli