Avropada bəzi qüvvələr həmişə müsəlmanlara qarşı təxribatla məşğul olub. Səbəb bəllidir...

Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətinin İzerlon şəhərindəki müsəlman qəbiristanlığında 20 məzar naməlum şəxs və ya şəxslər tərəfindən dağıdılıb. Bu barədə Türkiyənin CNN-Türk  məlumat yayıb. Qeyd edilir ki, Almaniyada müsəlman qəbiristanlıqlarına hücumlar davam edir. Naməlum şəxs və ya şəxslər müsəlman qəbiristanlığına hücum edib. Şəhərin girişində yerləşən qəbiristanlıqdakı 100-dən çox qəbiristanlıqdan 20-si dağıdılıb. Əraziyə prokurorluq və polis əməkdaşları çağırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparıblar. Müsəlmanların məzarlarının Yeni il axşamı yerli vaxtla gecə saat 01:30 və ya 02:00 radələrində baş verdiyi təxmin edilir. Sakinlər dağıdılan qəbirləri düzəltməyə başlayıblar. Türkiyənin Xarici İşlər Nazirliyi hadisəni pisləyib və cinayətkarların müəyyənləşdirilərək cəzalandırılmasını istəyib.

Almaniya hökuməti isə bu vandalizmə hələki reaksiya verməyib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

Azərbaycan üzgüçüləri Açıq Estoniya Qış çempionatı
Azərbaycan Texniki Universitetinin İdman Sarayında
İlin ən yaxşı futbolçusu “Real Madrid”in braziliya
Azərbaycan Respublikasının gənclər və idman naziri
30 noyabr – 2 dekabr 2024-cü il tarixlərində Rusiy
Username *
Password *
Remember Me