Avstriya hökuməti fevralda restoranların gecə yarısına qədər işləməsinə icazə verəcək.

TASS xəbər verir ki, bu barədə Avstriyanın səhiyyə naziri Volfqanq Mükşteyn bildirib.

Belə ki, fevralın 5-dən iaşə obyektləri saat 22:00 deyil, gecə yarısına kimi açıq olacaq, 50 nəfərin iştirakı ilə tədbirlərin keçirilməsinə icazə veriləcək.

Avstriyada 2021-ci ilin dekabrında ümummilli karantin başa çatsa da, peyvənd olunmayanlar üçün məhdudiyyətlər davam edir.

Qeyd edək ki, fevral ayında ölkədə 18 yaşdan yuxarı bütün sakinlər üçün məcburi peyvənd haqqında qanun qüvvəyə minəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN