Dünyanın diqqəti Rusiya ilə ABŞ arasındakı bəlli danışıqların son nəticəsinə yönəlib...

Nəhayət, ABŞ Rusiya hakimiyyətindən təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə yazılı cavab alıb. "Təzadlar" "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə CNN ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb. ABŞ rəsmilərindən biri deyib: “Biz Rusiyadan yazılı təsdiq aldığımızı təsdiqləyə bilərik”. Bundan əvvəl ABŞ-ın Moskvadakı səfiri Con Sallivan bildirib ki, Vaşinqton Rusiya hakimiyyətinin ABŞ-ın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərə yazılı cavabına reaksiyasını gözləyir: “ABŞ Rusiya ilə təhlükəsizlik məsələlərində dialoqa tam sadiqdir, müttəfiqləri və tərəfdaşları, o cümlədən Ukrayna ilə məsləhətləşmələri davam etdirəcək”, - Dövlət Departamentinin yaydığı bəyanatda deyilir. Qeyd edək ki, Birləşmiş Ştatlar Rusiyanın təhlükəsizlik zəmanətlərinə cavabını ictimai məkanda müzakirə etməyi səmərəsiz sayır, seçimi rəsmi Moskvaya buraxır.

Deməli, problem hələ də qalır və narahatlığa əsaslar çoxdur...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN