İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 38 035 borcalana bu günədək 2 093 609 804 manat məbləğində kredit verilib.
Bu barədə Fonddan bildirilib.
Satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində isə 1 442 vətəndaş mənzil şəraitini yaxşılaşdırmağa nail olub.
Fond tərəfindən biznes layihələri üzrə zəmanət və subsidiya verilmiş kreditlərin məbləği 289 103 000 manatdır.
E.ŞİRİNOV