Böyük Britaniya kraliçası II Elizabet Vindzor qəsrində pasxa ibadətinə qatılmayacaq.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Telekanal xatırladır ki, 95 yaşlı kraliça 50 ildən çox müddət ərzində ilk dəfə olaraq ənənəvi Təmiz cümə axşamı ibadətində iştirak etməyib. Ümumiyyətlə, son vaxtlar II Elizabet ictimai tədbirlərin sayını azaldıb.

Fevral ayında Buckingham sarayı kraliçanın koronavirusa yoluxduğunu, lakin yüngül xəstəlik simptomları göründüyünü bildirmişdi. Bu yaxınlarda isə o, COVID-19 zamanı özünü “çox yorğun və əzgin” hiss etdiyini söyləmişdi.

Xəstəlikdən sonra kraliça ictimaiyyət qarşısına ilk dəfə martın sonlarında çıxmış, əri şahzadə Filipin anım mərasimində iştirak etmişdi.

Kraliça II Elizabet aprelin 21-də özünün 96-cı ad gününü qeyd edəcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN